Azəri - Surah Al-Layl ( The Night ) | المكتبة الإسلامية صدقة جارية عن المغفور لهم بإذن الله أحمد سليمان البراك وزوجته وابنائه سليمان ومحمد ويونس وابنته إيمان

,,

اللهم اجعل هذا العمل نافعاً لصاحبه يوم القيامة

ولمن ساهم وساعد بنشره

,,

Surah Al-Layl ( The Night )

Select reciter

Azəri

Surah Al-Layl ( The Night ) - Aya count 21
Facebook Twitter Google+ Pinterest Reddit StumbleUpon Linkedin Tumblr Google Bookmarks Email
وَاللَّيْلِ إِذَا يَغْشَىٰ ( 1 ) Al-Layl ( The Night ) - Aya 1
And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;
وَالنَّهَارِ إِذَا تَجَلَّىٰ ( 2 ) Al-Layl ( The Night ) - Aya 2
And olsun işıqlanmaqda olan gündüzə;
وَمَا خَلَقَ الذَّكَرَ وَالْأُنثَىٰ ( 3 ) Al-Layl ( The Night ) - Aya 3
And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,
إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ ( 4 ) Al-Layl ( The Night ) - Aya 4
Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bə’ziniz Cənnət üçün, bə’ziniz isə Cəhənnəm üçün çalışırsınız).
فَأَمَّا مَنْ أَعْطَىٰ وَاتَّقَىٰ ( 5 ) Al-Layl ( The Night ) - Aya 5
Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,
وَصَدَّقَ بِالْحُسْنَىٰ ( 6 ) Al-Layl ( The Night ) - Aya 6
Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,
فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ ( 7 ) Al-Layl ( The Night ) - Aya 7
Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!
وَأَمَّا مَن بَخِلَ وَاسْتَغْنَىٰ ( 8 ) Al-Layl ( The Night ) - Aya 8
Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,
وَكَذَّبَ بِالْحُسْنَىٰ ( 9 ) Al-Layl ( The Night ) - Aya 9
Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,
فَسَنُيَسِّرُهُ لِلْعُسْرَىٰ ( 10 ) Al-Layl ( The Night ) - Aya 10
Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)
وَمَا يُغْنِي عَنْهُ مَالُهُ إِذَا تَرَدَّىٰ ( 11 ) Al-Layl ( The Night ) - Aya 11
(O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.
إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ ( 12 ) Al-Layl ( The Night ) - Aya 12
Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mö’min və ya kafir olmaq isə hər kəsin öz işidir).
وَإِنَّ لَنَا لَلْآخِرَةَ وَالْأُولَىٰ ( 13 ) Al-Layl ( The Night ) - Aya 13
Axirət də Bizim, dünya da Bizimdir!
فَأَنذَرْتُكُمْ نَارًا تَلَظَّىٰ ( 14 ) Al-Layl ( The Night ) - Aya 14
(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.
لَا يَصْلَاهَا إِلَّا الْأَشْقَى ( 15 ) Al-Layl ( The Night ) - Aya 15
Ora ancaq azğın (kafir) daxil olar.
الَّذِي كَذَّبَ وَتَوَلَّىٰ ( 16 ) Al-Layl ( The Night ) - Aya 16
O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!
وَسَيُجَنَّبُهَا الْأَتْقَى ( 17 ) Al-Layl ( The Night ) - Aya 17
Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).
الَّذِي يُؤْتِي مَالَهُ يَتَزَكَّىٰ ( 18 ) Al-Layl ( The Night ) - Aya 18
O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,
وَمَا لِأَحَدٍ عِندَهُ مِن نِّعْمَةٍ تُجْزَىٰ ( 19 ) Al-Layl ( The Night ) - Aya 19
O şəxsin boynunda heç kəsin bir minnəti (ne’məti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz).
إِلَّا ابْتِغَاءَ وَجْهِ رَبِّهِ الْأَعْلَىٰ ( 20 ) Al-Layl ( The Night ) - Aya 20
O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.
وَلَسَوْفَ يَرْضَىٰ ( 21 ) Al-Layl ( The Night ) - Aya 21
And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi ne’mətlərə görə) razı olacaqdır!
Facebook Twitter Google+ Pinterest Reddit StumbleUpon Linkedin Tumblr Google Bookmarks Email

Select language

Select surah