Azəri - Surah Al-Mursalat ( Those sent forth ) | المكتبة الإسلامية صدقة جارية عن المغفور لهم بإذن الله أحمد سليمان البراك وزوجته وابنائه سليمان ومحمد ويونس وابنته إيمان

,,

اللهم اجعل هذا العمل نافعاً لصاحبه يوم القيامة

ولمن ساهم وساعد بنشره

,,

Surah Al-Mursalat ( Those sent forth )

Select reciter

Azəri

Surah Al-Mursalat ( Those sent forth ) - Aya count 50
Facebook Twitter Google+ Pinterest Reddit StumbleUpon Linkedin Tumblr Google Bookmarks Email
وَالْمُرْسَلَاتِ عُرْفًا ( 1 ) Al-Mursalat ( Those sent forth ) - Aya 1
And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə);
فَالْعَاصِفَاتِ عَصْفًا ( 2 ) Al-Mursalat ( Those sent forth ) - Aya 2
And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə);
وَالنَّاشِرَاتِ نَشْرًا ( 3 ) Al-Mursalat ( Those sent forth ) - Aya 3
And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara;
فَالْفَارِقَاتِ فَرْقًا ( 4 ) Al-Mursalat ( Those sent forth ) - Aya 4
And olsun (haqla batili) ayıranlara;
فَالْمُلْقِيَاتِ ذِكْرًا ( 5 ) Al-Mursalat ( Those sent forth ) - Aya 5
And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-
عُذْرًا أَوْ نُذْرًا ( 6 ) Al-Mursalat ( Those sent forth ) - Aya 6
(Mö’minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki,
إِنَّمَا تُوعَدُونَ لَوَاقِعٌ ( 7 ) Al-Mursalat ( Those sent forth ) - Aya 7
Sizə və’d edilən (qiyamət) mütləq vaqe olacaqdır!
فَإِذَا النُّجُومُ طُمِسَتْ ( 8 ) Al-Mursalat ( Those sent forth ) - Aya 8
Ulduzlar sönəcəyi;
وَإِذَا السَّمَاءُ فُرِجَتْ ( 9 ) Al-Mursalat ( Those sent forth ) - Aya 9
Göy yarılacağı;
وَإِذَا الْجِبَالُ نُسِفَتْ ( 10 ) Al-Mursalat ( Those sent forth ) - Aya 10
Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);
وَإِذَا الرُّسُلُ أُقِّتَتْ ( 11 ) Al-Mursalat ( Those sent forth ) - Aya 11
Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman,
لِأَيِّ يَوْمٍ أُجِّلَتْ ( 12 ) Al-Mursalat ( Those sent forth ) - Aya 12
(Belə soruşulacaqdır:) “(Bunlara) hansı günə qədər möhlət verilmişdir?”
لِيَوْمِ الْفَصْلِ ( 13 ) Al-Mursalat ( Those sent forth ) - Aya 13
(Həmin suala cavab olaraq deyiləcəkdir:) “(Haqla batili) ayırd ediləcəyi günə qədər!”
وَمَا أَدْرَاكَ مَا يَوْمُ الْفَصْلِ ( 14 ) Al-Mursalat ( Those sent forth ) - Aya 14
Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü?!
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ( 15 ) Al-Mursalat ( Those sent forth ) - Aya 15
O gün vay halına (qiyaməti) yalan sayanların!
أَلَمْ نُهْلِكِ الْأَوَّلِينَ ( 16 ) Al-Mursalat ( Those sent forth ) - Aya 16
Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi?!
ثُمَّ نُتْبِعُهُمُ الْآخِرِينَ ( 17 ) Al-Mursalat ( Those sent forth ) - Aya 17
Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq.
كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ ( 18 ) Al-Mursalat ( Those sent forth ) - Aya 18
Biz günahkarlarla belə rəftar edirik.
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ( 19 ) Al-Mursalat ( Those sent forth ) - Aya 19
O gün vay halına (qiyaməti) yalan sayanların!
أَلَمْ نَخْلُقكُّم مِّن مَّاءٍ مَّهِينٍ ( 20 ) Al-Mursalat ( Those sent forth ) - Aya 20
Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?!
فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَّكِينٍ ( 21 ) Al-Mursalat ( Those sent forth ) - Aya 21
Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,
إِلَىٰ قَدَرٍ مَّعْلُومٍ ( 22 ) Al-Mursalat ( Those sent forth ) - Aya 22
Müəyyən bir vaxta qədər.
فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ ( 23 ) Al-Mursalat ( Those sent forth ) - Aya 23
Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ( 24 ) Al-Mursalat ( Those sent forth ) - Aya 24
O gün vay halına (qiyaməti) yalan sayanların!
أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا ( 25 ) Al-Mursalat ( Those sent forth ) - Aya 25
Məgər Biz yeri məskən etmədikmi
أَحْيَاءً وَأَمْوَاتًا ( 26 ) Al-Mursalat ( Those sent forth ) - Aya 26
Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar).
وَجَعَلْنَا فِيهَا رَوَاسِيَ شَامِخَاتٍ وَأَسْقَيْنَاكُم مَّاءً فُرَاتًا ( 27 ) Al-Mursalat ( Those sent forth ) - Aya 27
Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ( 28 ) Al-Mursalat ( Those sent forth ) - Aya 28
O gün vay halına (bu ne’mətləri) yalan sayanların!
انطَلِقُوا إِلَىٰ مَا كُنتُم بِهِ تُكَذِّبُونَ ( 29 ) Al-Mursalat ( Those sent forth ) - Aya 29
(O gün kafirlərə belə deyiləcəkdir:) “Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə!
انطَلِقُوا إِلَىٰ ظِلٍّ ذِي ثَلَاثِ شُعَبٍ ( 30 ) Al-Mursalat ( Those sent forth ) - Aya 30
Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!”
لَّا ظَلِيلٍ وَلَا يُغْنِي مِنَ اللَّهَبِ ( 31 ) Al-Mursalat ( Those sent forth ) - Aya 31
O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar.
إِنَّهَا تَرْمِي بِشَرَرٍ كَالْقَصْرِ ( 32 ) Al-Mursalat ( Those sent forth ) - Aya 32
O (hər biri) bir saray boyda qığılcımlar saçar.
كَأَنَّهُ جِمَالَتٌ صُفْرٌ ( 33 ) Al-Mursalat ( Those sent forth ) - Aya 33
O (qığılcımlar), sanki sarı dəvə sürükləridir.
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ( 34 ) Al-Mursalat ( Those sent forth ) - Aya 34
O gün vay halına (qiyaməti) yalan sayanların!
هَٰذَا يَوْمُ لَا يَنطِقُونَ ( 35 ) Al-Mursalat ( Those sent forth ) - Aya 35
Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər.
وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ ( 36 ) Al-Mursalat ( Those sent forth ) - Aya 36
Onlara üzr istəməyə izin də verilməz.
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ( 37 ) Al-Mursalat ( Those sent forth ) - Aya 37
O gün vay halına (qiyaməti) yalan sayanların!
هَٰذَا يَوْمُ الْفَصْلِ ۖ جَمَعْنَاكُمْ وَالْأَوَّلِينَ ( 38 ) Al-Mursalat ( Those sent forth ) - Aya 38
Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür!
فَإِن كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ ( 39 ) Al-Mursalat ( Those sent forth ) - Aya 39
(Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək!
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ( 40 ) Al-Mursalat ( Those sent forth ) - Aya 40
O gün vay halına (qiyaməti) yalan sayanların!
إِنَّ الْمُتَّقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ ( 41 ) Al-Mursalat ( Those sent forth ) - Aya 41
Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında,
وَفَوَاكِهَ مِمَّا يَشْتَهُونَ ( 42 ) Al-Mursalat ( Those sent forth ) - Aya 42
İstədikləri meyvə içində olacaqlar!
كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنتُمْ تَعْمَلُونَ ( 43 ) Al-Mursalat ( Those sent forth ) - Aya 43
(Onlara belə deyiləcəkdir:) “(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için!
إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ ( 44 ) Al-Mursalat ( Those sent forth ) - Aya 44
Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ( 45 ) Al-Mursalat ( Those sent forth ) - Aya 45
O gün vay halına (qiyaməti) yalan sayanların!
كُلُوا وَتَمَتَّعُوا قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ ( 46 ) Al-Mursalat ( Those sent forth ) - Aya 46
(Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir!)
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ( 47 ) Al-Mursalat ( Those sent forth ) - Aya 47
O gün vay halına (qiyaməti) yalan sayanların!
وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ ( 48 ) Al-Mursalat ( Those sent forth ) - Aya 48
Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar!
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ ( 49 ) Al-Mursalat ( Those sent forth ) - Aya 49
O gün vay halına (qiyaməti) yalan sayanların!
فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ ( 50 ) Al-Mursalat ( Those sent forth ) - Aya 50
(Bu kafirlər) ona da (Qur’ana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!
Facebook Twitter Google+ Pinterest Reddit StumbleUpon Linkedin Tumblr Google Bookmarks Email

Select language

Select surah